Daim yeniliklər
Şirkət haqqında
LADOR şirkəti 2016-cı ildə Azərbaycanda ilk yerli qapı aksessuar brendi kimi fəaliyyətə başlamışdır.
Təklif etdiyimiz yüksək keyfiyyətli, dünya standartlarına cavab verən, sertifikatlı və rəsmi zəmanətli məhsullarla bu industriyada yeni reallıq formalaşdırdıq.
Biz şüşə qapı aksesuarları sahəsində müştəri tələbinin və keyfiyyətli xidmətin üst standartlarını müəyyən edən şirkət olmaq üçün çalışırıq.
Qapı aksesuarları sahəsində müştəri məmnuniyyətinin və keyfiyyətli xidmətin nə qədər vacib olduğunu anlayırıq və bu istiqamətdə olan tələbi qarşılamaq üçün innovativ addımlar atmağa cəhd edirik.
10 il
Xidmətinizdə
100%
Milli brend
2016
Şirkətin təsis ili
Ünvana sürətli çatdırılma
100 manatdan yuxarı alış-verişlərdə məhsulları Bakı ətrafında qapıya kimi pulsuz çatdırırıq.
Professional texniki dəstək
Texniki nasazlıq zamanı və ya məhsulun zəmanəti ilə bağlı məsələlər ortaya çıxanda professional komandamız bütün problemləri aradan qaldıracaq.
Trend olan məhsul çeşidi
Daim yenilənən məhsul çeşidi ilə ən son tələbata uyğun məhsulları Ladorda tapa bilərsiniz.
İnformativ veb-sayt
Məhsullar barədə butün lazımı informasiya saytda sizin xidmətinizdədir.
Rəsmi zəmanətli məhsullar
Bütün məhsullara 1 il rəsmi zəmanət verilir.
Alış zamanı maksimal dəstək
Məhsulların alışı zamanı hər hansı yarana biləcək suallarınıza cavab veriləcək və seçim etməkdə tam dəstək göstəriləcək.
Məhsulları qaytarma imkanı
İstənilən zaman məhsulları geri qaytarılması və ya dəyişdirilməsi mümkündür. Qeyd: məhsulun yeni görünüşünü qorunmalıdır.
Tamamilə onlayn alış-veriş mümkündür
İşlədiyiniz yerdə ayrılmadan məhsulları onlayn və ya zəng edərək sifariş edə bilərsiniz. Bunun üçün iş saatlarında whatsapp nömrəmiz aktiv olur.
Köçürmə ilə ödəmə mümkündür
Məhsulların ödənişini bank hesabında olan pul ilə ödəmək istəyirsinizsə, bu növ ödəmə üsulu da Ladorda keçərlidir.
Sertifikatlı məhsullar
Rəsmi sertifikatlar ilə təmin olduğundan məhsulların keyfiyyəti barədə tam əmin ola bilərsiniz.
Vizyon, Missiya və Dəyərlərimiz
Vizyonumuz
Bütün məhsul məlumatlarını bir platformada toplamaqla istifadəçi rahatlığını artırmaq və təmir sahəsində həm şəxslər, həm də şirkətlər üçün funksional, şəffaf və rahat rəqəmsal alət təqdim etməyi hədəfləyirik.
Missiyamız
Məqsədimiz bu sahədə fəaliyyət göstərənləri düzgün məhsul və faydalı informasiya ilə təmin etməkdir. Bunun üçün bazarı araşdırır, trend məhsulları seçir və müştərilər üçün anlaşılan kontent yaradırıq.
Dəyərlərimiz
Müştəri və əməkdaşlarımızla şəffaf münasibətlər quraraq onların inkişafı üçün ən yaxşı həlləri tətbiq edirik. Ofisdə mehriban mühit yaradaraq hər kəsin özünü rahat və dəyərli hiss etməsini təmin edirik.
Ünvan
Bakı şəhəri, Nərimanov rayonu, Əhməd Rəcəbli küç., 27B
İş saatları
Bazar ertəsi – Şənbə (9:00 – 18:00)
