Evinizdə,
ofislərdə və ya digər başqa
məkanlarda qapı quraşdırarkən yerə qənaət etmək istəyirsinizə, sürgülü sistemlər
sizin üçün ideal seçim ola bilər. Bununla yanaşı bu
sistemlərin vasitəsilə siz evinizdə müasir görünüş və unikal stil yarada
biləcəksiniz. Qapıların səssiz işləməyini təmin etdiyi üçün onlar
açılıb-bağlanan zaman sizin yuxunuza manə olmayacaq, evinizdə hüzur və
sakitliyi qoruyacaq. Əsas üstünlükləri döşəmədə relsin olmamağı və yumşaq
əyləcli sistemə (Soft-stop) sahib olmağıdır.
Harmony + 3 FİX modeli – 3 hərəkətli və 1 sabit
qapıdan ibarət proyektlər üçün nəzərdə tutulub. Bu modeli yalnız tavana
quraşdırmaq mümkündür. 3 hərəkətli qapının sabit şüşə üzərinə sürüşərək yığılması
sizin məkanda genişlik yaradacaq.
Şüşə qapılar çərçivə ilə əhatələnir və sürgülü sistemə
bərkidilir. Çərçivələr sürgülü sistem dəstinə daxildir. Şüşələrin rəngini istədiyin
tərzdə seçə bilərsiniz. Quraşdırılma zamanı temperli şüşələrdən istifadə
olunur.