Teleskopik sistemlər

Teleskopik sistemlər
"Teleskopik sistemlər"

BRENDİ SEÇİN


Teleskopik sistem - Harmony(3) - Fix

Evinizdə, ofislərdə və ya digər başqa məkanlarda qapı quraşdırarkən yerə qənaət etmək istəyirsinizə, sürgülü sistemlər sizin üçün ideal seçim ola bilər. Bununla yanaşı bu sistemlərin vasitəsilə siz evinizdə müasir görünüş və unikal stil yarada biləcəksiniz. Qapıların səssiz işləməyini təmin etdiyi üçün onlar açılıb-bağlanan zaman sizin yuxunuza manə olmayacaq, evinizdə hüzur və sakitliyi qoruyacaq. Əsas üstünlükləri döşəmədə relsin olmamağı və yumşaq əyləcli sistemə (Soft-stop) sahib olmağıdır.

Harmony + 3 FİX modeli – 3 hərəkətli və 1 sabit qapıdan ibarət proyektlər üçün nəzərdə tutulub. Bu modeli yalnız tavana quraşdırmaq mümkündür. 3 hərəkətli qapının sabit şüşə üzərinə sürüşərək yığılması sizin məkanda genişlik yaradacaq.

Şüşə qapılar çərçivə ilə əhatələnir və sürgülü sistemə bərkidilir. Çərçivələr sürgülü sistem dəstinə daxildir. Şüşələrin rəngini istədiyin tərzdə seçə bilərsiniz. Quraşdırılma zamanı temperli şüşələrdən istifadə olunur. 

Teleskopik sistem - Accord Double Fix

Məkanınız üçün elegant və praktik həll olan teleskopik şüşə qapılar dünyasına xoş gəlmisiniz! Şirkətimiz sizə istənilən otağı müasir stilə malik məkana çevirə bilən unikal və funksional qapılar təklif edir.

Teleskopik şüşə qapılar müasir dizayn və funksionallığın təcəssümüdür. Onların unikal dizaynı qapıları divar boyunca bir-birinin üzərində sürüşərək açılmağına, yerə qənaət etməyə və mövcud yerdən maksimum istifadə etməyə imkan verir.

Teleskopik şüşə qapıların əsas üstünlüklərindən biri onların şəffaflığı və estetik cəlbediciliyidir. Qapılarımızda istifadə olunan şüşə öz möhkəmliyi və şəffaflığı ilə fərqlənir, bu da öz növbəsində təbii işığı maksimum dərəcədə artırmaqgenişlik və açıqlıq hissi yaratmaq üçün əlverişlidir. Bu, teleskopik şüşə qapıları ticarət mərkəzləri, restoranlar, ofislər və ya otel kompleksləri kimi yerlərdə otaqlar arası vizual əlaqənin vacib olduğu məkanlar üçün ideal hala gətirir.

Qapılarımız həm də yüksək funksionallığı və etibarlılığı ilə seçilir. Biz yalnız yüksək keyfiyyətli materiallardan deyil, həm də qapıların hamar və səssiz hərəkətinə zəmanət verən müasir mexanizmlərdən istifadə edirik.

Teleskopik şüşə qapılar estetik və funksional üstünlüklərə əlavə olaraq yüksək səviyyədə təhlükəsizlik təklif edir. Biz mexaniki zədələrə davamlı və möhkəmliyə malik olan xüsusi temperli şüşə təklif edirik.

Müştərilərimizə onların ehtiyaclarına cavab verən unikal həll yolu təqdim edərək, hər bir layihəyə fərdi yanaşma təklif edirik.

Sürgülü sistem - LADOR SOLO

Evinizdə və ya digər başqa məkanda əlavə yerə qənaət etmək istəyirsinizə, sürgülü sistemlər sizin üçün ideal seçim ola bilər. Əsas üstünlükləri döşəmədə relsin olmamağı və yumşaq əyləcli sistemə (Soft-stop) sahib olmağıdır.

Tək hərəkətli qapıdan ibarət modeldir. Bu növ sürgülü sistemlər adətən tavana quraşdırılır, amma şəkillərdən gördüyünüz kimi divara bağlanma imkanı bu modeldə mövcuddur. 

Teleskopik sistem - Harmony Fix

Evinizdə, ofislərdə və ya digər başqa məkanlarda qapı quraşdırarkən yerə qənaət etmək istəyirsinizə, sürgülü sistemlər sizin üçün ideal seçim ola bilər. Bununla yanaşı bu sistemlərin vasitəsilə siz evinizdə müasir görünüş və unikal stil yarada biləcəksiniz. Qapıların səssiz işləməyini təmin etdiyi üçün onlar açılıb-bağlanan zaman sizin yuxunuza manə olmayacaq, evinizdə hüzur və sakitliyi qoruyacaq. Əsas üstünlükləri döşəmədə relsin olmamağı və yumşaq əyləcli sistemə (Soft-stop) sahib olmağıdır.

Harmony + FIX modeli – 2 hərəkətli və 1 sabit qapıdan ibarət proyektlər üçün nəzərdə tutulub. Bu modeli yalnız tavana quraşdırmaq mümkündür. 2 hərəkətli qapının sabit şüşə üzərinə sürüşərək yığılması sizin məkanda genişlik yaradacaq.

Şüşə qapılar çərçivə ilə əhatələnir və sürgülü sistemə bərkidilir. Çərçivələr sürgülü sistem dəstinə daxildir. Şüşələrin rəngini istədiyin tərzdə seçə bilərsiniz. Quraşdırılma zamanı temperli şüşələrdən istifadə olunur. 

Bu brendə uyğun məhsul yoxdur.