Teleskopik sistem - Harmony Fix


Brend


Rənglər


Paylaş

Evinizdə, ofislərdə və ya digər başqa məkanlarda qapı quraşdırarkən yerə qənaət etmək istəyirsinizə, sürgülü sistemlər sizin üçün ideal seçim ola bilər. Bununla yanaşı bu sistemlərin vasitəsilə siz evinizdə müasir görünüş və unikal stil yarada biləcəksiniz. Qapıların səssiz işləməyini təmin etdiyi üçün onlar açılıb-bağlanan zaman sizin yuxunuza manə olmayacaq, evinizdə hüzur və sakitliyi qoruyacaq. Əsas üstünlükləri döşəmədə relsin olmamağı və yumşaq əyləcli sistemə (Soft-stop) sahib olmağıdır.

Harmony + FIX modeli – 2 hərəkətli və 1 sabit qapıdan ibarət proyektlər üçün nəzərdə tutulub. Bu modeli yalnız tavana quraşdırmaq mümkündür. 2 hərəkətli qapının sabit şüşə üzərinə sürüşərək yığılması sizin məkanda genişlik yaradacaq.

Şüşə qapılar çərçivə ilə əhatələnir və sürgülü sistemə bərkidilir. Çərçivələr sürgülü sistem dəstinə daxildir. Şüşələrin rəngini istədiyin tərzdə seçə bilərsiniz. Quraşdırılma zamanı temperli şüşələrdən istifadə olunur. 

Arakəsmənin maksimal eni:
................................................................................
3600 mm
Arakəsmənin minimal eni:
................................................................................
1950 mm
1 qanad üçün maksimum ağırlıq:
................................................................................
80 kq
Şüşənin qalınlığı:
................................................................................
6-10 mm
Qanad eni (min-max):
................................................................................
650 mm - 1200 mm
Arakəsmənin maksimal hündürlüyü:
................................................................................
3000 mm
Quraşdırılacaq tavanın minimum eni:
................................................................................
170 mm